Azərbaycan Televiziyasında yayımlanan “100 ilin adamı” layihəsinin 3-cü proqramı azərbaycanlı milyonçu, mesenat, xeyriyyəçi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevə həsr olunub. Layihə çərçivəsində yaradıcı qrup tərəfindən Milli Azərbaycan Tarixi Muzeyində H.Z.Tağıyev haqqında sənədli filmin çəkilişləri aparılıb.
Muzeyin elmi katibi, t.ü.f.d., dos. Fərhad Cabbarov çəkilişdə iştirak edərək əsasən H.Z.Tağıyevin həyat və fəaliyyəti, xeyriyyəçiliyi, ailəsi, hal-hazırda yaşayan varisləri, Tağıyevin ölümündən sonra ailəsinin taleyi haqqında ətraflı məlumat verib. Həmçinin, tədqiqatçı alim F.Cabbarov H.Z.Tağıyevlə bağlı məlumatların işıqlandırılması zamanı tarixi faktlara əsaslanmağın vacibliyini vurğulayıb.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.