XƏBƏRLƏR
29 Sentyabr, 2020
Aprel döyüşlərinin qəhrəman zabiti Sənan Axundovun materialları Muzeyə təhvil verilib
Milli Azərbaycan Tarixi Muzeyində 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Sənan Tahiroğlu Axundovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, şəhid zabitin valideynləri – atası Tahir Axundov, anası Roza Axundova, qohumları, o cümlədən Muzey əməkdaşları iştirak ediblər.
Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin baş mütəxəssisi Ramiyə İsmayılova tədbiri açıq elan edib və şəhidin həyat və döyüş yoluna, onun Muzeyə təqdim edilən materiallarına həsr olunmuş video-roliki təqdim edib.
Daha sonra Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edib, şəhidin materiallarını Muzeyə təqdim etdikləri üçün onun ailəsinə təşəkkür etdi. Qeyd etdi ki, vətəni müdafiə edən Sənan kimi oğullarımızın şücaəti sayəsində mənfur qonşularımıza qalib gələcəyik. Vətən torpağı tapdaq altda qalmasın deyə vətənə belə hərbçi oğullar lazımdır.
Muzeyin direktor müavini, dos. Məhfuzə Zeynalova da çıxış edib, bu tədbirin əlamətdar bir hadisəyə həsr olunduğunu, şəhidin təqdim olunan 20 ədəd materialının Muzeyin kolleksiyasını daha da zənginləşdirdiyini bildirdi. Qeyd etdi ki, bu materiallar gənc nəslin vətənpərvərlik tərbiyəsini daha da artırmağa xidmət edəcək.
Daha sonra şəhid zabitin atası Tahir Axundov çıxış etdi. Bildirdi ki, Vətənə xidmət hər bir gəncin borcudur. İnşallah, Azərbaycan Respublikası Prezidentinin sayəsində itirilmiş torpaqlarımız geri qaytarılacaq, qələbə bizim olacaq.
Sonda Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov çıxış etdi. Şəhid zabitin döyüş yolu, Müdafiə Nazirliyindəki iş fəaliyyəti, müasir texnologiyalardan istifadə etməklə Milli Ordu sıralarındakı şərəfli xidməti, öz yaralı zabit yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olması haqda məlumat verdi. Qeyd etdi ki, şəhid zabitin ləyaqətli döyüş yolu gənc nəsillər tərəfindən davam etdirilir.
Qeyd edək ki, şəhid zabit S.Axundov Bakı Ali Hərbi-Dənizçilik məktəbini (1996-2001), Bakı Dövlət Universitetini (2004-2009) və Almaniya Hərbi Akademiyasını (2005-2007) bitirmiş, Silahlı Qüvvələrimizin müasir düşüncəli, hərtərəfli biliklərə malik zabitlərindən biri idi. Hərbi xidmət illərində rəhbərliyin və şəxsi heyətin hörmətini qazanan zabit 2016-cı il aprelin 19-da Füzuli rayonu Yastıtəpə istiqamətində qəhrəmancasına həlak olmuşdur. Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin baş mütəxəssisi Ramiyə İsmayılova tərəfindən cəsur zabitin həyatı və döyüş yolu haqqında toplanan materiallar Muzeyə təhvil verilib. Şəhid zabitin hərbi geyimi, medalları, fotoşəkilləri, haqqında dərc olunan qəzet, jurnal materialları, sənədlər və s. əşyalar şəhid polkovnik-leytenant S.Axundovun ailəsi tərəfindən Muzeyə hədiyyə edilib və Muzeydə qorunacaq, gənc nəslin vətənpərvərlik ruhunda təlim-tərbiyəsində böyük rol oynayacaq.
Allah rəhmət eləsin!
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...
Muzeydə akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi çərçivəsində yekun tədbir keçirilmişdir
İyunun 17-də Milli Azərbaycan Tarixi Muzeyində “Yusuf Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” konfransının iştirakçılarına və təşkilatçılarına diplomla...
Muzeyin əməkdaşı AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Aynur Babayeva görkəmli şairə Xurşidbanu Natəvan ilə b...
Muzeyin əməkdaşı Pekində IV Qlobal Muzey Direktorları Forumunda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova 9-12 iyun 2026-cı il tarixlərində Çin Xalq Respublik...
Muzeydə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və dirçəliş mərhə...
Muzeydə “Uşaqlar üçün Mədəniyyətlərarası Səyahət: Meksika və Azərbaycan” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Uşaqlar üçün Mədəniyyətlərarası Səyahət: Meksika və Azərbaycan” adlı maarifləndirici və mədəni tədbir keçirilib. Tə...