Muzeyin Mülki Müdafiə Qərargahının rəisi Rasim Sultanovun təşkilatçılığı ilə “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə”mövzusunda tədbir keçirilmişdir.
Tədbir ölkəmizdə koronovirus pandemiyasının geniş yayılma təhlükəsinin qarşısının alınması məqsədilə məhdud sayda iştirakçı cəlb olunmaqla muzeyin şöbələrində və fondlarında keçirilmişdir. Tədbirdə tibbi fərdi mühafizə vasaitələri nümayiş etdirilmiş və onlardan düzgün istifadə qaydaları haqqında geniş məlumat verildi. İlkin həkimə qədər tibbi yardım metodları, əleyhqazdan və odsöndürücü balonlardan istifadə qaydaları izah edilərək əyani nümayiş etdirildi.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.