ABB tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə görkəmli Azərbaycan mütəfəkkiri və maarifçisi Mirzə Fətəli Axundzadənin XIX əsrdə hazırladığı əlifba layihəsinin təsvirini əks etdirən xatirə hədiyyəsi təqdim olunub.
Hədiyyə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə hazırlanıb. Mirzə Fətəli Axundzadənin əlifba islahatı ilə bağlı irəli sürdüyü təşəbbüslər Azərbaycan ictimai fikir tarixində mühüm yer tutur. Onun bu sahədəki fəaliyyəti sonrakı dövrlərdə dil və əlifba məsələləri ətrafında aparılan müzakirələrin intellektual əsaslarından birini təşkil edib.
Azərbaycan dilinin tarixi inkişafını və milli-mədəni irsin qorunmasının əhəmiyyətini simvolizə edən xatirə hədiyyəsi ABB-nin təşəbbüsü ilə hazırlanaraq Muzeyə təqdim edilib.