XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
28 Oktyabr, 2026
Ruandanın Gənclər və İncəsənət naziri Milli Azərbaycan Tarixi Muzeyində olub

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda səfərdə olan Ruanda Respublikasının Gənclər və İncəsənət naziri Dr. Utumatwishima Jean Nepo Abdallah və birinci katibi Alexis Humure Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Səfər zamanı nümayəndə heyəti Muzeyin tarixi ekspozisiyası ilə tanış olub, Azərbaycanın müxtəlif tarixi dövrlərini, dövlətçilik ənənələrini və mədəni irsini əks etdirən eksponatlar haqqında ətraflı məlumat alıb. Ölkənin müxtəlif tarixi mərhələlərinə aid nadir maddi mədəniyyət nümunələri qonaqların marağına səbəb olub.

Ziyarət Hacı Zeynalabdin Tağıyevin Memorial Muzeyində davam edib. Nümayəndə heyəti sarayın memarlıq və bədii tərtibatı ilə tanış olub. Həmçinin H.Z.Tağıyevin sahibkarlıq fəaliyyəti, xeyriyyəçilik təşəbbüsləri və Azərbaycanda maarifçiliyin inkişafına verdiyi töhfələr barədə məlumat verilib.

Muzeylə tanışlıq “Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili” şöbəsinin bələdçisi Ayxanım Xəlilovanın müşayiəti ilə baş tutub.