XƏBƏRLƏR
18 May, 2024
Milli Azərbaycan Tarixi Muzeyi “Bir muzeyin sirri” adlı layihədə
Mayın 18-i Beynəlxalq Muzeylər Günüdür. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 47 il öncə – 1977-ci ildə təsis edilən əlamətdar gün hər il müxtəlif devizlər altında qeyd olunur. Bu ilin mövzusu “Muzeylərdə təhsil və tədqiqat” adlanır.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Günü ölkəmizdə müxtəlif maraqlı aksiyalarla yadda qalır, muzeylərdə “açıq qapı” elan edilir. Builki əlamətdar gün münasibətilə “Bir muzeyin sirri” adlı layihə həyata keçirilir. Layihənin məqsədi gənc nəslin maariflənməsində müstəsna əhəmiyyəti olan muzeylərin təbliği, o cümlədən yutub platforması və digər sosial şəbəkələr vasitəsilə daha geniş auditoriyanın mədəni irsimiz barədə məlumatlandırılmasıdır.
Milli Azərbaycan Tarixi Muzeyinin də iştirak etdiyi layihə çərçivəsində tanınmış simaların təqdimatında videoçarxlar hazırlanaraq muzeyin yutub və digər sosial şəbəkə hesablarında paylaşılır.
Qeyd edək ki, videoçarxlarda xalqımızın çoxəsrlik tarixi-mədəni və ədəbi mirasının qorunub gələcək nəsillərə çatdırıldığı muzeylərin əhəmiyyəti vurğulanır, bu mədəniyyət ocaqlarının ziyarəti təşviq olunur.
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozis...
Muzeydə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 3-də Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının (YAP) Muzey üzrə ərazi təşkilatı və Azərbaycan Maliyyə-İqtisad Kollecinin...
Muzeyin nəşrləri 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyası əsasında hazırlanmış elmi nəşrlər 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur. Sərgidə...
Muzeydə Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
20 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xalçaşünas alim, sənətşünas, pedaqoq və Xalq rəssamı Lətif Kərimovun 120 il...
Milli Azərbaycan Tarixi Muzeyində “Arxeo klub”un tədbiri keçiriləcək
23 oktyabr 2026-cı il tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyinin kiçik akt zalında “Arxeo klub”un növbəti məşğələsi keçiriləcək. Görüş ...
Muzeydə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və Müstəqilliyin Bərpası Gününə hərs olunmuş tədbir keçirilib
16 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə tədbir ke...
Milli Azərbaycan Tarixi Muzeyində maarifləndirici təlim keçirilib
15 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq” (GUIDE) İctimai Birliyinin təşəbbü...
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tə...