Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyası əsasında hazırlanmış elmi nəşrlər 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur.
Sərgidə muzeyin kataloqları, kitabları, albomları və digər nəşrləri təqdim edilir. Azərbaycan tarixinin, maddi və mənəvi mədəni irsinin öyrənilməsi və təbliğinə xidmət edən bu nəşrlər muzey kolleksiyalarının elmi tədqiqinin nəticələrini geniş oxucu auditoriyasına çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Muzeyin sərgidə iştirakı onun elmi nəşrlərinin tanıdılmasına, tarixi irsə marağın artırılmasına və elmi biliklərin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi 27 oktyabr 2026-cı il tarixinədək davam edəcək.