Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan neft sənayesinin tarixində mühüm mərhələlərdən biri dənizdə neft hasilatının başlanmasıdır. Dənizdə neft hasilatının ilk məkanı kimi tarixə düşən Neft Daşlarına dair qiymətli materiallardan biri də “Azərbaycan SSR-də dəniz neft yataqlarının kompleks işlənməsi” albomudur.
Albomda Neft Daşlarının fəaliyyəti ilə bağlı müxtəlif fotoşəkillər yer alır. Fotoşəkillərdə dənizin üzərində qurulan ilk qazma buruqlarını, özüllər üzərində salınan estakadaları, fəhlə şəhərciyini, istehsalat binalarını, eləcə də bu böyük neftçıxarma sahəsi ilə əlaqəni təmin edən gəmiləri və onların heyətlərini görmək mümkündür.
Pirallahı rayonunun inzibati ərazisinə daxil olan Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şərqdə yerləşir. Burada ilk neft fontanı 7 noyabr 1949 cu ildə vurmuşdur. Bu hadisə açıq dənizdə neft hasilatının inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Qara Daşlar kimi tanınan bu ərazi sonralar Neft Daşları adlandırılmışdır.
Neftçi Qurban Abbasovun və Mixail Kaveroçkinin briqadaları tərəfindən qazılmış quyulardan ilk neft 1950 ci ilin dekabrında alınmışdır. 18 fevral 1951-ci ildə Neft Daşlarından neftlə yüklənmiş ilk tanker yola salınmışdır. 1951-ci ildən burada estakadaların və estakadayanı meydançaların tikintisinə başlanmışdır.
İlk illərdə Neft Daşlarına sərnişin və yük daşınması yalnız gəmilər vasitəsilə mümkün olmuşdur. 20 iyun 1960-cı ildə isə Neft Daşlarına ilk helikopter uçuşu həyata keçirilmişdir.
1952-ci ildən Pirallahı rayonunun qəsəbəsi kimi fəaliyyət göstərən Neft Daşları dəniz neft sənayesinin inkişaf tarixində mühüm yer tutur. Neft Daşları həmçinin elmi və texniki nailiyyətlərin, neftçilərin zəhmətinin və fədakarlığının simvoluna çevrilmişdir.
Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev Neft Daşlarını Azərbaycan neftçilərinin əmək qəhrəmanlığına ucaldılmış möhtəşəm abidə adlandırmışdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.