Denis Əliyev 1989-cu il mayın 26-da Bakıda anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda başlayan Vətən Müharibəsində iştirak edib. Denis Əliyev 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Denis Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid Denis Əliyevin şəxsi əşyaları hazırda Muzeyin Vətən Müharibəsi fondunda qorunur. Fondda onun təsbehi, müxtəlif dünya ölkələrinin poçt markalarından ibarət albomu, fotoşəkilləri, “Vətən uğrunda” medalının vəsiqəsi, ölüm haqqında şəhadətnaməsi və alışqanı mühafizə olunur.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.