Mayın 23-də Milli Azərbaycan Tarixi Muzeyində mərhum professor, tarixçi-alim Nəsiman Yaqubluya həsr edilmiş kitabın təqdimatı keçirilib. "Çapar Nəşriyyatı"nın buraxdığı bu kitabda alimin qələm yoldaşlarının, dostlarının, ailə üzvlərinin xatirələri toplanıb.
Tədbiri giriş sözü ilə açan kitabın naşiri Yusif İlhamoğlu "Cümhuriyyəti Yaşadanlar" layihəsində ilk kitabın N.Yaqubluya həsr edildiyinin təsadüfi olmadığını deyib, mərhum alimin irsinin əhəmiyyətinə toxunub.
Daha sonra çıxış edən alimlər- Ədalət Tahirzadə, Fərhad Cabbarov, Nəsib Nəsibli, Nəcibə Bağırzadə, Firdovsiyyə Əhmədova, Bədirxan Əhmədli, Abid Tahirli, əməkdar rəssam Rais Rəsulzadə N.Yaqublunun Azərbaycan tarixinin öyrənilməsi sahəsində xidmətlərindən danışdılar.
Alimin ailə üzvləri - həyat yoldaşı İradə Quliyeva və oğlu Nihad Yaqublu kitabın ərsəyə gəlməsində və təqdimatın keçirilməsində əməyi keçənlərə öz təşəkkürlərini bildirdilər.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.