Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 1 may 2026-cı il tarixli qərarı ilə Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunun müdiri Sara Əhmədovaya 5102.01– “Etnoqrafiya və etnologiya” ixtisası üzrə tarix elm sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Muzeyin kollektivi Sara xanımı elmi nailiyyət münasibətilə təbrik edir, ona fəaliyyətində və gələcək tədqiqatlarında yeni uğurlar arzulayır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.