Milli Azərbaycan Tarixi Muzeyinə gələn yerli və xarici ziyarətçilər "Açıq qapı" günü muzeyin zəngin ekspozisiyası ilə tanış olublar. Qonaqlar Azərbaycanın qədim tarixini, mədəniyyətini və milli irsini əks etdirən nadir eksponatlara böyük maraq göstəriblər.
Muzey əməkdaşları tərəfindən ziyarətçilərə ekspozisiya zalları və tarixi eksponatlar haqqında ətraflı məlumat verilib. Ziyarətçilər xüsusilə arxeoloji tapıntılar, etnoqrafik nümunələr və görkəmli şəxsiyyətlərə aid kolleksiyalarla yaxından maraqlanıblar.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.