Milli Azərbaycan Tarix Muzeyinin əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı Marafonu 2026”da iştirak ediblər. Artıq doqquzuncu dəfə keçirilən marafonun əsas məqsədi idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təşviq etməkdir. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarışda muzeyin bir neçə əməkdaşı iştirak edib və iştirakçılar 21 km məsafəni uğurla qət edərək sertifikat və medallarla təltif olunublar.
“Bakı Marafonu 2026”nın xatirə medalı və iştirakçı nömrəsi muzeyin əməkdaşı Aynur Babayeva tərəfindən muzeyin fonduna təqdim edilib
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.