Mayın 5-də Azərbaycan Dillər Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” IX Beynəlxalq elmi konfransı keçirilib. Konfransda muzeyin əməkdaşı, t.ü.f.d. Fatma Qəniyeva “Heydər Əliyev ideologiyası və Azərbaycanın milli identikliyi” mövzusunda məruzə ilə çıxış edib. F. Qəniyeva məruzəsində Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, azərbaycançılıq ideologiyasının formalaşdırılmasındakı rolu, milli-mənəvi dəyərlərin qorunması və müasir Azərbaycanın milli identikliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərdən bəhs edib.
Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Rusiya, Pakistan, Belarus, İtaliya, Moldova, Rumıniya və Özbəkistandan olan tədqiqatçıların məruzələri dinlənilib.
Sonda məruzəçilərə sertifikatlar təqdim olunub. Konfrans materiallarının nəşri nəzərdə tutulub.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.