Qərbi Kaspi Universitetində təşkil olunan "Qlobal çağırışlar və perspektivlər:rəqəmsallaşma dövründə ekoloji və dayanıqlı urban sistemlər" mövzusunda beynəlxalq multidisiplinar elmi-praktik konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova "VII Mixail dövrünün qızıl solidləri: Balkanlar və Azərbaycanın ticarət əlaqələrinin rəqəmsal numizmatika prizmasında tədqiqi" mövzusunda məruzə edib. Məruzədə Azərbaycanın Ağdərə, Salyan rayonlarında və Bolqarıstanın Dunay çayı sahilində aşkarlanmış XI əsrin sonuna aid Bizans qızıl sikkələri - solidlər haqqında məlumat verilmiş, onların dövrün pul təsərrüfatında rolu və müasir rəqəmsal prizma baxımından tədqiqi açıqlanıb.
Sonda məruzəçilərə sertifikat təqdim edilib, konfrans materiallarının nəşri nəzərdə tutulub.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.