“Üçüncü Bahar” cəmiyyətinin üzvləri və qurama sənəti ilə məşğul olan sənətkarlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Ziyarət zamanı muzeyin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova və Xüsusi Fondun müdiri, t.ü.f.d., dosent Afət Rüstəmbəyova tərəfindən qonaqlar üçün ətraflı ekskursiya təşkil olunub. Ekskursiya zamanı qonaqlara muzeyin zəngin və çoxşaxəli ekspozisiyası təqdim edilib, Azərbaycanın müxtəlif dövrlərini əks etdirən nadir eksponatlar barədə geniş məlumat verilib. Xüsusilə qurama sənətinə aid kolleksiya qonaqların böyük marağına səbəb olub, bu qədim sənət növünün yaranma tarixi, inkişaf mərhələləri və texniki xüsusiyyətləri ətraflı izah olunub.
Sonda muzeyin elmi katibi Sevinc Nəsirova müəllifi olduğu “Milli Azərbaycan Tarixi Muzeyinin qurama kolleksiyası” adlı kataloqu qonaqlara hədiyyə edib.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.