Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi istiqamətində gedən işlərlə bağlı AZƏRTAC-a müsahibə verib. F. Cabbarov müsahibəsində qeyd edibki, həyata keçirilən yeniliklər çərçivəsində mövcud sərgi sahələrinin müasir tələblərə uyğunlaşdırılması və ziyarətçilər üçün daha maraqlı və interaktiv mühitin yaradılması planlaşdırılır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.