Milli Azərbaycan Tarixi Muzeyi və Finlandiyanın Aleksandr İnstitutunun birgə təşkilatçılığı ilə iyun ayında “Cənubi Qafqazda xarici mütəxəssislər (XIX–XX əsrlər)” mövzusunda beynəlxalq elmi seminar və sərgi keçiriləcək.
Bu barədə muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov AZƏRTAC-a müsahibə verib. Tədqiqatçı-alim F.Cabbarov qeyd edibki, tədbirin məqsədi beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, Cənubi Qafqaz regionunun tarixinin tədqiqində xarici alimlərin rolunun araşdırılması və XIX–XX əsrlərdə bölgəyə müxtəlif ölkələrdən gəlmiş mütəxəssislərin fəaliyyətinin elmi istiqamətdə müzakirə edilməsidir.
Ətraflı keçiddə
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.