XƏBƏRLƏR
20 Aprel, 2026
Litva səfiri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib, təəssüratlarını bölüşüb
Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib və təəssüratlarını özünün “Facebook” hesabında paylaşıb. Cənab Səfir qeyd edib ki, muzey Azərbaycanın görkəmli sahibkarı və xeyriyyəçisi Zeynalabdin Tağıyevin möhtəşəm keçmiş iqamətgahında yerləşir. O, paylaşımında Tağıyevin uzaqgörən sahibkar və xeyriyyəçi kimi irsinin xüsusilə diqqət çəkdiyini vurğulayıb və bunun fərdi təşəbbüsün bir ölkənin tarixinin və ictimai inkişafının formalaşmasında oynadığı rolu xatırlatdığını bildirib. Səfir bildirib ki, muzey qədim artefaktlardan başlayaraq XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid zərif interyer nümunələrinədək geniş ekspozisiya təqdim edir. Səfirin sözlərinə görə, bu zənginlik Azərbaycanın kimliyi, dözümlülüyü və mədəni irsi haqqında daha dolğun təsəvvür yaradır.
Kestutis Vaskele həmçinin vurğulayıb ki, muzeydə diqqət çəkən məqamlardan biri də Bakıda neft sənayesinin tarixi ilə bağlı bölmədir. Səfir qeyd edib ki, Bakı bir zamanlar bu sahədə bir çox yeniliklərin öncüsü olub.
Cənab Səfirin sözlərinə görə, Milli Azərbaycan Tarixi Muzeyi ölkənin keçmişini daha dərindən anlamaq və onun inkişaf yolunu dərk etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Əytaflı keçiddə
Muzeydə doktoranturaya qəbul üzrə ixtisas imtahanı keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Muzeyin kollektivi H.Z.Tağıyevin məzarını ziyarət edib
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.
2 iyul – Azərbaycanda Polisi Günü qeyd olunur
Bu gün Azərbaycanda Polisi Günü qeyd olunur. Xalqın təhlükəsizliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizəd...
Bu gün Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun doğum günüdür
Toğrul Məmməd oğlu Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bü...
YAP Binəqədi Rayon Təşkilatı tərəfindən muzeyə təşəkkürnamə təqdim edilib
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı tərəfindən gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə təşkil olunmuş Yay məktəbi la...
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...