Ümüd Radif oğlu Xəncəlov 1994-cü ilin aprelin 10-da Qusar rayonunun Hil kəndində anadan olub.
Ümüd Xəncəlov 2020-cı il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlayan Vətən Müharibəsində iştirak edib və 6 okyabr 2020-ci ildə Füzuli ərazisində gedən döyüşlər zamanı şəhid olub.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən, Ümüd Xəncəlov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid Ümüd Xəncəlov Muzeyin Vətən Müharibəsi fondunda qorunan şəxsi əşyalarını (kitel, səhra furajkası, kəmər və fotoşəkil) təqdim edirik.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.