Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə keçirilmiş “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfransın materialları çap olunub (Bakı, 2026). Topluda Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyevanın “Türkdilli xalqların tarixi-mədəni əlaqələrinin sərgilərdə əksi”, həmin şöbənin əməkdaşları t.ü.f.d., dos. Tural Şiriyevin “Orta əsrlərdə Azərbaycanda dini tikililərin etnoqrafik xüsusiyyətlərinə dair” və t.ü.f.d., dos. Əli Fərhadovun “Qacarlar dövründə demokratik haqlar uğrunda mübarizə: Mirzə Yusif xan Təbrizi” adlı məqalələri yer alıb.
Məqalələrdə türk dünyasının ortaq keçmişi, etnoqrafik irsi və ictimai-siyasi fikir tarixi müasir elmi yanaşmalar istiqamətində təhlil edilib. Qeyd olunan tədqiqatlar həm mütəxəssislər, həm də türk dünyasının tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün dəyərli mənbə hesab olunur.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.