Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 16.03.2026-cı il tarixli qərarı ilə Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Fatma Qəniyeva 5102.01 - Etnoqrafiya və etnologiya ixtisasında “Qonaqpərvərlik azərbaycanlıların etnik identikliyinin komponenti kimi” adlı dissertasiya işi üzrə tarix üzrə fəlsəfə doktoru diplomunu alıb.
Muzey kollektivi adından Fatma Qəniyevanı təbrik edir və ona gələcək elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.