Amid Müqabil oğlu Məmmədov 1987-ci il aprelin 2-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub.
Amid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlayan Vətən Müharibəsində iştirak edib və 3 noyabr 2020-ci il Xocavənd ərazisində gedən döyüşlər zamanı şəhid olub.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən, Amid Məmmədov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Şəhid Amid Məmmədovun Muzeyin Vətən Müharibəsi fondunda qorunan şəxsi əşyalarını (kitel və fotoşəkil) təqdim edirik.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.