Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda 9 mart 1913-cü ilə aid Bakıda H.Z. Tağıyevin teatrında Novruz bayramı münasibətilə təşkil olunmuş xüsusi tamaşanın proqramı bu gün də tarixi mənbə kimi qorunub saxlanılır. “Nicat” Maarif Cəmiyyətinin dram artistləri tərəfindən hazırlanmış tədbir zəngin repertuarı ilə seçilib və dövrün mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Tədbir çərçivəsində dünya və milli dramaturgiyanın seçilən nümunələri səhnəyə qoyulub. Belə ki, alman şairi Henrix Heynenin “Əlmənsur” əsəri ilə yanaşı, Qulamrza Şərifovun “Molla Nəsrəddin” tamaşası da təqdim edilib. Səhnə işlərinin quruluşçu rejissoru görkəmli sənətkar Hüseynqulu Sarabski olub. Tamaşalarda dövrün tanınmış aktyorları- Şirvanski, Olenskaya, Əhməd Qəmərlinski və Səməd Mənsur iştirak ediblər.
Qeyd edək ki, bu cür tədbirlər XX əsrin əvvəllərində Bakının mədəni mühitinin formalaşmasında, həmçinin milli teatr sənətinin inkişafında mühüm rol oynayıb.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.