Milli Azərbaycan Tarix Muzeyində 17 mart tarixində saat 16:00-da Əməkdar incəsənət xadimi, görkəmli sənətşünas Ziyadxan Əliyevin vəfatının ildönümü münasibətilə xatirə gecəsi keçiriləcək. Tədbir çərçivəsində sənətşünasın həyat və yaradıcılığına həsr olunan görüş təşkil olunacaq, həmçinin “Səttar Bəhlulzadə olduğu kimi” kitabının təqdimatı baş tutacaq.
Tədbirdə sənətşünasın həmkarları, sənət adamları, mədəniyyət nümayəndələri iştirak edəcəklər.
Ziyadxan Əliyev Azərbaycan təsviri incəsənətinin tədqiqi və təbliği sahəsində böyük xidmətləri olan tanınmış sənətşünas idi. O, xüsusilə Azərbaycan rəssamlığı və görkəmli rəssam Səttar Bəhlulzadənin yaradıcılığı ilə bağlı araşdırmaları ilə tanınır və bu sahədə bir sıra dəyərli kitabların müəllifidir.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.