Vətən Müharibəsi şəhidi Xəlilov Ruhin Müzəffər oğlu 13 mart 1987-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub.
Ruhin Xəlilov 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başladığı Vətən Müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanıb, 21 oktyabr tarixində Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası prezidentinin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” (2021) medalları ilə təltif olunub. Ədliyyə kapitanı, Vətən Müharibəsi şəhidi Ruhin Xəlilovun Muzeyin Vətən Müharibəsi fondunda qorunan şəxsi əşyalarını (kitel, şalvar, köynək, qalstuk, furajka və iki fotoşəkil) təqdim edirik.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.