Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında XIX–XX əsrlərə aid nadir qadın baş bəzəyi mühafizə olunur. Qızıl, şüşə, firuzə və mirvaridən hazırlanan bu zərgərlik nümunəsi Azərbaycan zərgərlik sənətinin incə və zəngin ənənələrini əks etdirir.
Üç hissədən ibarət olan baş bəzəyinin mərkəzi hissəsi toz mirvarilərlə haşiyələnmiş qırmızı şüşə qaşla bəzədilib. Lövhələrin birləşmə yerində uzunsov firuzəyi qaş yerləşdirilib, kənar hissələr isə yaşıl şüşə qaşlar və mirvarilərlə tamamlanıb. Baş bəzəyinin aşağı hissəsində yarpaq formalı, çaxma üsulu ilə hazırlanmış və toz mirvarilərlə işlənmiş 44 pərək yerləşir. Bu elementlər hərəkət zamanı baş bəzəyinə xüsusi parıltı və dinamik görünüş verir.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.