XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
06 Mart, 2026
Muzeydə Birinci Qarabağ Müharibəsində iştirak etmiş qadın döyüşçülərə aid materiallar qorunur

Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda Birinci Qarabağ Müharibəsində iştirak etmiş azərbaycanlı qadın döyüşçülərin və tibb xidməti əməkdaşlarının fəaliyyətini əks etdirən sənədlər, fotoşəkillər, hərbi biletlər, vəsiqələr və tərcümeyi-hallar qorunur. Bu materiallar arasında Hüseynova Elmira, Hacıyeva Roza, Abbasova Gülbacı, Ağamalıyeva Nəsibə, Zeynalova Solmaz, Əliyeva Xatirə, Həmzəyeva İradə, Məlikova Fəridə, Hüseynova Nurcahan, Əhmədova Məleykə, Abbasova Məlahət, Şaripova Züleyxa və Yumayeva Naziləyə məxsus sənədlər xüsusi yer tutur. Fondda mühafizə olunan bu materiallar Birinci Qarabağ Müharibəsində azərbaycanlı qadınların göstərdiyi şücaətin və onların Vətənin müdafiəsində oynadıqları rolun öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.