Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarına əsasən, 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunur.
Bu münasibətlə Milli Azərbaycan Tarixi Muzeyində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi mülki müdafiə sahəsində məlumatlılığın artırılması, fövqəladə hallara hazırlığın gücləndirilməsi və təhlükəsizlik mədəniyyətinin təbliği olub.
Tədbirdə muzeyin Mülki müdafiə qərargahının rəisi, tarix üzrə fəlsəfə doktoru Rasim Sultanov çıxış edərək, mülki müdafiənin əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, bu cür tədbirlərin təşkili baş verə biləcək təbii fəlakətlər, yanğın və qəza hadisələri zamanı düzgün davranış və təxliyə qaydalarının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Daha sonra muzeyin əməkdaşı Nurlana Ələkbərova qəza və fövqəladə hallar zamanı əhalinin davranış qaydaları haqqında məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb, fövqəladə hallara hazırlığın daim diqqətdə saxlanılmasının vacibliyi bir daha qeyd olunub.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.