XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
04 Mart, 2026
Vətən Müharibəsi şəhidi Əli Qəmbərovun doğum günüdür

Vətən Müharibəsi şəhidi Əli Mahir oğlu Qəmbərov 4 mart 2002-ci ildə Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olub. Əli Qəmbərov 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başladığı Vətən Müharibəsində iştirak edib, 5 oktyabr 2020-ci ildə Xocavənd ərazisində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhid Əli Qəmbərov Azərbaycan Respublikasının prezidentinin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” (2020), “Füzulinin azad olunmasına görə” (2020), “Xocavəndin azad olunmasına görə” (2020) və “Cəsur döyüşçü” (2021) medalları ilə təltif edilib. Şəhid Əli Qəmbərovun Muzeyin Vətən Müharibəsi fondunda qorunan şəxsi əşyalarını (alışqan, pulqabı, üzük və fotoşəkil) təqdim edirik.