XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
02 Mart, 2026
Cənubi azərbaycanlı yazıçı tərəfindən muzeyə nəşrlər hədiyyə olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvü, cənubi azərbaycanlı Sayman Aruz tərəfindən muzeyə tarixi və elmi əhəmiyyət daşıyan nəşrlər hədiyyə olunub. Təqdim edilən materiallar sırasında görkəmli təbrizli cərrah və publisist Cavad Heyət tərəfindən Tehranda təsis edilmiş “Varlıq” jurnalının Ankarada nəşr olunmuş sayı (2023-cü il, №31 (1)), həmçinin Tehran Universitetinin azərbaycanlı tələbələri tərəfindən nəşr edilən “Yol” həftəlik bülleteni (2002-ci il, №1) yer alır. Bundan əlavə, təqdim olunan nəşrlər Azərbaycan dili və ədəbiyyatının təbliği, eləcə də güneyli filoloq və tədqiqatçı Həmid Nütqi kimi ziyalıların elmi yaradıcılığının tanıdılması baxımından da mühüm mənbə hesab olunur.