XƏBƏRLƏR
27 Fevral, 2026
Muzeyin əməkdaşı Qərbi Azərbaycan rəssamları” adlı kitab-albomun təqdimatında çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova Qərbi Azərbaycan İcmasında rəssam Əli İsmayıl oğlu Əliyevin müəllifi olduğu “Qərbi Azərbaycan rəssamları” adlı kitab-albomun təqdimatında iştirak edib. Nardanə Yusifova çıxışında Mirzə Qədim İrəvaninin Muzeyin Təsviri materiallar fondunda qorunan əsərləri ilə rəssam Əli İsmayıl oğlu Əliyevin kitab-albomunda yer alan nümunələr arasında müqayisəli elmi təhlil apararaq fikirlərini bölüşüb.
Təqdimat mərasimində müəllif tərəfindən müxtəlif dövrlərdə yaşayıb-yaratmış 38 Qərbi Azərbaycan rəssamının yaradıcılığından seçilmiş nümunələrin yer aldığı nəşr Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fonduna hədiyyə edilib.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
Bakının azad edilməsi: tarixi hadisənin muzey kolleksiyalarında izləri
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Muzeydə doktoranturaya qəbul üzrə ixtisas imtahanı keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Muzeyin kollektivi H.Z.Tağıyevin məzarını ziyarət edib
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.
2 iyul – Azərbaycanda Polisi Günü qeyd olunur
Bu gün Azərbaycanda Polisi Günü qeyd olunur. Xalqın təhlükəsizliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizəd...
Bu gün Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun doğum günüdür
Toğrul Məmməd oğlu Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bü...
YAP Binəqədi Rayon Təşkilatı tərəfindən muzeyə təşəkkürnamə təqdim edilib
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı tərəfindən gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə təşkil olunmuş Yay məktəbi la...
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...