27 fevral 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Kooperasiya Universitetinin təcrübə keçən IV kurs tələbələri üçün növbəti elmi-maarifləndirici məşğələ təşkil olunmuşdur.
Muzeyin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva tərəfindən Arxeo Klubunun növbəti məşğələsi keçirilmişdir. Məşğələ zamanı “Beyləqandan arxeoloji qazıntılar zamanı aşkarlanan yazılı keramika nümunələri” adlı elmi məqalə elektron slayd təqdimatı formasında nümayiş etdirilib.
Məşğələnin əsas məqsədi gənc nəslə arxeoloji irsin qorunması və öyrənilməsi istiqamətində müasir bilik və bacarıqlar aşılamaq, milli-mənəvi dəyərlərin təbliğini gücləndirmək, həmçinin tələbələrin tarixi abidələrimiz və maddi mədəniyyət nümunələrimiz haqqında təsəvvürlərini genişləndirmək olub. Məruzə zamanı Beyləqanın qədim yaşayış məskəni olan Örənqalanın tarixi, mədəniyyəti və sənətkarlıq ənənələri barədə ətraflı məlumat verilmiş, aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar olunan şirli keramika nümunələri üzərində ərəb və fars dillərində yazılmış kitabələr elmi baxımdan təhlil edilib.
Məşğələ tələbələr tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında çoxsaylı suallar səsləndirilib.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.