Tural Abdullayev 1990-cı il fevralın 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. Tural Abdullayev 2008–2010-cu illərdə Xüsusi Təyinatlı Qüvvələrin Salyan rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən etibarən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətini davam etdirib. Daxili Qoşunların baş çavuşu olan Tural Abdullayev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası uğrunda başlanan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib, 30 sentyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı şəhid olub. Şəhid Tural Abdullayevin Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda qorunan şəxsi əşyalarını- hərbi mərasim geyim dəsti (kitel, şalvar, köynək, qalstuk, sıxac, plaş və furajka), ayaqqabı, sənədlər və fotoşəkillərini təqdim edirik.