Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Zamanı dayandıran gecə” adlı fotosərgi keçiriləcək. Tədbir saat 15:00-da baş tutacaq.
Sərgidə fotoqraflar- Oleq Litvin, Eduard Ponyagin, Xalid Əsgərov, İlqar Cəfərov, Şahvələd Eyvazov və Mirnaib Həsənoğlunun fotoları nümayiş olunacaq. Fotolar vasitəsilə Xocalı faciəsinin ağrılı izləri, tarixi yaddaş və insan taleləri bədii dillə tamaşaçılara təqdim ediləcək.
Qeyd edək ki, sərgi çərçivəsində fotoqraf Eduard Ponyaginin aero fotoları ilk dəfə olaraq nümayiş olunacaq.
Fotosərgiyə giriş sərbəst olacaq.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.