Azərbaycan Kooperasiya Universitetinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasının IV kurs tələbələri Milli Azərbaycan Tarixi Muzeyində təcrübə proqramı çərçivəsində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və yaradıcılığına həsr olunmuş interaktiv dərsdə iştirak ediblər. Muzeyin İnnovasiyalar və təhsil proqramlar şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı H.Z.Tağıyevin ev-muzeyinin ekskursiya zamanı tələbələrə Tağıyevin həyat və fəaliyyəti, eyni zamanda onun ailəsi ilə birlikdə yaşadığı tarixi bina-Tağıyevin sarayı haqqında ətraflı məlumat verilib. Eyni zamanda tələbələr təcrübə zamanı muzeyin fəaliyyəti haqqında da məlumat toplayıblar.
Qeyd edək ki, muzeydə sözü gedən təcrübə proqramı davam edir.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.