Əslən Xızı rayonundan olan Elvin Elçin oğlu İslamov 1995-ci il fevralın 18-də Bakı şəhərində anadan olub. O, 158 saylı orta məktəbi bitirib, 2013–2014-cü illərdə Xocavənd rayonunda hərbi xidmətdə olub. Daha sonra Dövlət Bayrağı Meydanında mühafizəçi işləyib. Elvin İslamov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılıb. Bir həftəlik təlimdən sonra 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başladığı Vətən Müharibəsində iştirak edib. Elvin İslamov 9 oktyabr 2020-ci ildə Füzuli rayonu Qorqan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Elvin İslamovun Muzeyin Vətən Müharibəsi fondunda qorunan şəxsi əşyalarını (fotoşəkillər, fəxri fərman və beret) təqdim edirik.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.