XƏBƏRLƏR
11 Fevral, 2026
Muzeyin direktoru Mədəniyyət Nazirliyinin hesabat sessiyasında çıxış edib
Fevralın 11-də Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Mədəniyyət Nazirliyinin 2025-ci il üzrə fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası çərçivəsində keçirilən hesabat sessiyasında çıxış edib. N.Vəlixanlı çıxışında muzeyin 2025-ci il ərzində fəaliyyətinə dair hesabat təqdim edərək, aparılan elmi-tədqiqat işləri, ekspozisiya və sərgi fəaliyyəti, fondların mühafizəsi və zənginləşdirilməsi, eləcə də beynəlxalq və ictimaiyyətlə əlaqələr, maarifləndirici layihələr haqqında ətraflı məlumat verib.
Sessiya çərçivəsində təqdim olunan məruzələr ətrafında müzakirələr aparılıb, muzey və sərgi müəssisələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib.
Muzeydə tələbələr üçün elmi seminar keçirilib
Azərbaycan Kooperasiya Universitetinin Marketinq və menecment fakültəsinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasının IV kurs tələbə...
Muzeydə“Bir dastanın yaddaşı - bir xalqın tarixi” adlı tədbir keçirilib
Muzeydə “Kitabi-Dədə Qorqud” Gününə həsr olunmuş “Bir dastanın yaddaşı bir xalqın tarixi” adlı tədbir keçirilib. Tədbir Muzeyin İnnovasiyalar və təhsi...
Vətən Müharibəsi şəhidi Ümüd Xəncəlovun doğum günüdür
Ümüd Radif oğlu Xəncəlov 1994-cü ilin aprelin 10-da Qusar rayonunun Hil kəndində anadan olub. Ümüd Xəncəlov 2020-cı il sentyabrın 27-də Azərbaycanın ə...
Nizami Gəncəvinin xatirəsini əks etdirən eksponatlar
Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən 2026-cı ildə Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olması...
Muzeyin əməkdaşı beynəlxalq konfransda çıxış edib
7–8 aprel 2026-cı il tarixlərində Bakı Slavyan Universitetində “Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatla...
Muzeydə professor Oqtay Əfəndiyevin 100 illiyinə həsr olunmuş elmi-praktiki seminar keçirilib
8 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində t.e.d., professor Oqtay Əfəndiyevin (1926–2013) anadan olmasının 100 illiyinə həsr edil...
Muzeydə şəhid Raquf Orucova həsr olunmuş tədbir keçirilib
Aprelin 7-də Milli Azərbaycan Tarixi Muzeyi və Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər İctimai Birliyininin birgə təşkilatçılığı ilə muzeydə ...
Muzeydə arxeoloji artefaktların sənədləşdirilməsi və qorunmasına dair elmi seminar keçirilib
Muzeydə “Arxeoloji artefaktların muzey fondunda sənədləşdirilməsi və qorunması prosesi” mövzusunda elmi seminar təşkil olunub. Tədbirdə Arxeologiya el...