XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
04 Fevral, 2026
Dünya şöhrətli alim Lütfi Zadə - 105

Azərbaycan elminin dünya miqyasında tanınan simalarından biri, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin 105 illiyi münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin elmi fond şöbəsində qorunan fotoşəkillərini təqdim edirik. Bu materiallar Lütfi Zadənin elmi irsinin davamçısı, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Rafiq Əliyev tərəfindən muzeyə şəxsən hədiyyə edilmişdir. Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsinin banisi kimi süni intellekt, avtomatika, tibb və mühəndislik sahələrində geniş tətbiq olunan fundamental elmi istiqamətin əsasını qoymuşdur. Onun elmi fəaliyyəti dünya universitetlərində və tədqiqat mərkəzlərində uzun illərdir əsas istinad mənbələrindən biri hesab olunur.

Təqdim olunan fotoşəkillər böyük alimin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirərək, onun zəngin elmi irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.