Bakının memarlıq incilərindən biri olan Hacı Zeynalabdin Tağıyevin sarayına həsr olunmuş bu açıqcalar toplusu XIX əsrin sonu – XX əsrin əvvəllərində inşa edilmiş nadir memarlıq abidəsinin interyerlərini əks etdirir. 1895–1901-ci illərdə Bakının baş memarı Yozef Qoslavskinin layihəsi əsasında tikilmiş saray mavritan, barokko və modern memarlıq üslublarını özündə birləşdirir. Topluya saray otaqlarının interyerlərini əks etdirən, H. Z. Tağıyevin ailə albomundan seçilmiş fotoşəkillər daxil edilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.