Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunda 1917-ci ilə aid şəhadətnamə qorunur (100 rubl dəyərində 1 səhm). Sözügedən şəhadətnamə Bakı Neft Cəmiyyətinə məxsus müvəqqəti sənəddir. 18 yanvar 1874-cü ildə təsis edilmiş Bakı Neft Cəmiyyəti, neft və əlaqədar məhsulların istehsalı, ticarəti ilə məşğul olmuşdur, cəmiyyətə aid zavodlar isə Suraxanı qəsəbəsində yerləşmişdir. Şəhadətnamədə rus və fransız dillərində yazılar, eləcə də səlahiyyətli şəxslərin imzaları əks olunub.
Sənəd XX əsrin I rübündə Azərbaycanın qiymətli kağızlar tarixinin tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.