XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
19 Dekabr, 2025
Muzeydə Albaniya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə Albaniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Besart Kadian, həmin Səfirliyin məsləhətçisi Dorian Koçi arasında görüş keçirilib.

Görüşdə akademik Nailə Vəlixanlı qonağı muzeydə görməkdən məmnunluğunu ifadə edib, səfirə muzeyin tarixi, elmi-tədqiqat fəaliyyəti barədə ətraflı məlumat verib.

Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında mədəni və tarixi əlaqələrin inkişafı, eləcə də Albaniya tərəfi ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında səmərəli birgə əməkdaşlıq layihələri müzakirə olunub. Eyni zamanda akademik Nailə Vəlixalı cənab Səfiri Hədiyyələr və Xatirə əşyaları fondunda qorunan, Azərbaycan – Albaniya tarixi-mədəni əlaqələrini əks etdirən foto-albomla tanış edib.

Cənab Besart Kadian muzeyin ekspozisiyasını və görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyini ziyarət edib. Muzeyin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova Səfirə muzeyin ekspozisiyasında nümayiş olunan unikal materiallar haqqında ətraflı məlumat verib.

Sonda muzeyin eksponatları əsasında hazırlanmış nəşrləri cənab Səfirə hədiyyə olunub və xatirə fotosu çəkilib.