XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
16 Dekabr, 2025
Mimar Sinan Güzel Sanatlar Universitetinin professoru muzeyi ziyarət edib

İstanbulun Mimar Sinan Güzel Sanatlar Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan Azərbaycana səfəri çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Ziyarət zamanı muzeyin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov və Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini – baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova ilə görüş keçirilib. Görüşdə muzeyin fəaliyyəti, eyni zamanda bərpa və mühafizə sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Bərpaçı-memar Oğuz Ceylan muzeyin yerləşdiyi tarixi binanın memarlıq xüsusiyyətlərini və tarixi dəyərini yüksək qiymətləndirib. O.Ceylan binanın konstruktiv vəziyyətinin mütəmadi monitorinqinin vacibliyini vurğulayıb, xüsusilə uzunmüddətli istismar və təbii amillərin təsiri baxımından müəyyən texniki məqamların gələcəkdə daha dərindən araşdırılmasının faydalı olacağını qeyd edib. Bu cür yanaşmanın tarixi-memarlıq irsinin davamlı qorunmasına xidmət etdiyini bildirib.

Sonda xatirə fotosu çəkilib.