Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan Respublikasının Şokan Ualixanov adına Kokşetau Universiteti arasında elmi və mədəni əlaqələr istiqamətində qarşılıqlı əməkdaşlığın inkişafına dair Memorandum imzalanıb.
Memorandum çərçivəsində sözügedən universitetin rektoru Sırlıbayev Marat Kadırula və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı elmi tədqiqatların aparılması, tədris prosesinin inkişafı, elmi işçi və tələbə mübadiləsinin təşkili, birgə beynəlxalq layihələrin icrası, eləcə də muzeyşünaslıq və tarix sahələrində təcrübə proqramlarının genişləndirilməsi üzrə razılığa gəliblər.
İmzalanmış memorandum iki qurum arasında uzunmüddətli elmi və mədəni əməkdaşlığın möhkəmləndirilməsinə, beynəlxalq əlaqələrin inkişafına və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edəcək.