XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
10 Dekabr, 2025
Muzeyin bərpaçı-rəssamı Türkiyədə keçirilən təlimdə iştirak edib

Türkiyənin İstanbul şəhərində Kültür və Turizm Bakanlığının təşkilatçılığı ilə “Restorasyon, Kültür, Sanat və Araştırmacılık” mövzusunda təlim keçirilib. Təlimdə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, Bərpa Laboratoriyasının bərpaçı-rəssamı Səbinə Əfəndiyeva iştirak edib. Təlim zamanı bərpa və ekspertiza sahəsində aparılan araşdırmalar müzakirə olunub, iştirakçılar kağız bərpasının nəzəri əsasları və müasir texnologiyaların tətbiqinə aid praktiki tapşırıqları yerinə yetiriblər. Həmçinin, mütəxəssislər tərəfindən eksponatların uzunmüddətli qorunub saxlanması ilə bağlı yeni yanaşmalar və beynəlxalq standartlar üzrə təcrübələr təqdim edilib. Sözügedən təlim çərçivəsində iştirakçılar İstanbul Universitetində keçirilən “Mirası koru, geleceğe taşı” adlı elmi iclasda çıxışları dinləyiblər və fikir mübadiləsi aparıblar.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.