XƏBƏRLƏR
08 Dekabr, 2025
Muzeyin əməkdaşı Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda iştirak edib
Sankt-Peterburq şəhərində (Rusiya Federasiyası) Tavriçeskiy Sarayında “MDB xalqlarının birlik kollektiv yaddaşında Böyük Vətən müharibəsi: Qələbənin 80 illiyi münasibətilə” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Fuad Ağayev “Böyük Vətən Müharibəsi (1941–1945) tarixində Azərbaycanın rolu və yerini öyrənmək üçün tarixi mənbə kimi Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyaları” adlı məruzə ilə onlayn formatda çıxış edib. F.Ağayev çıxışı zamanı konfrans iştirakçılarına sözügedən tarixi dövrə aid Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan materiallar- Azərbaycan milli diviziyaları, Sovet İttifaqı Qəhrəmanları, partizan hərəkatının iştirakçıları və digər mühüm mənbələr barədə ətraflı məlumat verib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Konfransın əsas məqsədi Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı MDB ölkələrində həyata keçirilən tədbirlərin müzakirəsi və ümumiləşdirilməsi olub.
Muzeyin nəşrləri Britaniya Kitabxanasında
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr olunan Qafqaz Albaniyasının xristian abidələri haqqında monoqrafiya, həmçinin muzeyin etnoqrafik kollek...
Unikal baş bəzəyində Humay Ana simvolu
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunan bu unikal baş bəzəyi qədim inancların və estetik düşüncənin nadir nümunələrindəndir. Şamaxın...
Muzeydə Ahıska Türklərinə həsr olunmuş beynəlxalq interaktiv sərgi layihəsi müzakirə edilib
Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Seyla Sağlık Yavuzer, Ahıska türkləri ilə bağlı layihə çərçivəsində beynəlxalq interaktiv sərginin kur...
Muzeydə Albaniya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə Albaniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və s...
Mimar Sinan Güzel Sanatlar Universitetinin professoru muzeyi ziyarət edib
İstanbulun Mimar Sinan Güzel Sanatlar Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan Azərbaycana səfəri çərçivəsində Milli Azərbaycan Tarixi Mu...
Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstanın Kokşetau Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb
Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan Respublikasının Şokan Ualixanov adına Kokşetau Universiteti arasında elmi və mədəni əlaqələr istiqamətin...
Muzeyin bərpaçı-rəssamı Türkiyədə keçirilən təlimdə iştirak edib
Türkiyənin İstanbul şəhərində Kültür və Turizm Bakanlığının təşkilatçılığı ilə “Restorasyon, Kültür, Sanat və Araştırmacılık” mövzusunda təlim keçiril...
Muzeyin əməkdaşları Qazaxıstan Respublikasının Şımkənd şəhərində keçirilən beynəlxalq forumda iştirak ediblər
Qazaxıstan Respublikasının Şımkənd şəhərində ilk dəfə olaraq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “MIRAS” Türk dəb etno dizaynerlərinin Beynəlxal...