XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
07 May, 2025
Belarus İctimai Fotoqraflar Birliyinin sədri muzeyi ziyarət edib

Milli Azərbaycan Tarixi Muzeyinin növbəti qonağı Belarus İctimai Fotoqraflar Birliyinin sədri Vladislav Ruta olub. Vladislav Rutaya muzeyin ekspozisiyasında nümayiş olunan, Azərbaycanın tarixi və mədəni irsini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. II Dünya Müharibəsi dövrünü, eyni zamanda Belarus-Azərbaycan tarixi əlaqələrini əks etdirən eksponatlar qonağın xüsusi marağına səbəb olub.