Bakı Dövlət Universitetində 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti” mövzusunda gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- Numizmatika fondunun müdiri Sənurə Dostiyeva, arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aida İsmayılova, həmin şöbənin elmi işçisi Mircavid Ağalarov, kiçik elmi işçisi Arzu Mirzəhmədova, Azərbaycan tarixinin populyarlaşdırılması və ekskurisyaların təşkili şöbəsinin bələdçiləri Faiz Heydərov və Suğra Orucova məruzə ilə çıxış ediblər. Çıxışçılar tarixi abidələrin, arxeoloji artefaktların ölkəmizin qədim tarixi və mədəni irsinin öyrənilməsində mühüm rolu olduğunu vurğulayıblar.
Sonda konfrans iştirakçıları sertifikatla təltif olunublar.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.