COP29 çərçivəsində həyata keçirilən fəaliyyətlərə verdikləri töhfəyə görə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı ilə yanaşı, muzeyin bir sıra əməkdaşları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzası ilə Təşəkkürnamə ilə təltif olunublar. Bu təltif muzey kollektivinin beynəlxalq tədbirlərdə fəal iştirakının və peşəkar əməyinin yüksək qiymətləndirilməsidir.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.