18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində Bakı şəhəri Sabunçu rayonu 80 saylı tam orta məktəbin şagirdləri üçün “Bakının memarlıq incisi - Tağıyev sarayı” adlı interaktiv dərs keçirilib.
İki hissədən ibarət dərsin birinci hissəsində muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı şagirdlərə Tağıyev sarayının tarixi, memarlıq xüsusiyyətlərindən və H.Z.Tağıyevin həyat və fəaliyyətindən bəhs edib.
İkinci hissədə isə intellektual oyun təşkil olunub .
Sonda şagirdlər Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasını ziyarət ediblər.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.